Services and Solutions

Sistem İnteqrasiyası
Biz müxtəlif növ avadanlıqların, sistemlərin və proqram təminatlarını vahid bir mühitdə birləşdirəcək sistem inteqrasiyası həlləri təqdim edirik. İnfinitech etibarlı və səmərəliliyi artırmağa yönümlü İT infrastrukturun yaradılması və dəstəklənməsi xidmətləri təklif edir.

Audio və Video həlləri
Sənayenin bütün sahələri üçün açar təslimi audio və video həlləri təqdim edirik. Bunlara “Konfrans zalları və toplantı otaqları”, “Çağrı Mərkəzi” və “Vahid kommunikasiya həlləri” daxildir. Bizim audio və video sahəsindəki mütəxəssislərimiz maliyyə və bank, mehmanxana, təhsil və digər sahələr daxil olmaqla müxtəlif audio-video kommunikasiya texnologiyalarından istifadə etməklə çoxsaylı layihələri uğurla həyata keçirmişdir.

Şəbəkə həlləri
Biz istənilən miqyaslı biznes üçün simli və simsiz şəbəkə həlləri təqdim edirik. Mütəxəssislərimiz əsas məqsədi tətbiqetmənin bütün mərhələlərində şəbəkə sistemlərinin dünya standartlarına cavab verməsi, etibarlılığı, davamlılığı və təhlükəsizliyini təmin etməkdir.

IT Konsaltinq və Autsors
Mütəxəssislərimizin peşəkar məsləhət xidməti müştərilərə əməliyyatları avtomatlaşdırmağa, rəqəmsallaşdırmağa, proqram portfelini optimallaşdırmağa və ən yeni texnologiyaların tətbiqinə kömək edəcəkdir. Biz geniş çeşidli İT dəstək xidmətləri təklif edirik: Konsaltinq; İT autsorsinq; Yerində və uzaqdan İT dəstək; Göstərdiyimiz məsləhət xidmətləri şirkətlərin İT infrastrukturunun daha da təkmilləşməsinə və bununla da fəaliyyətlərinin müasir standartlara uyğun və məhsuldar olmasına yardımçı olur.

Proqram təminatı həlləri
Biz istənilən miqyaslı şirkətlər üçün innovativ, yüksək keyfiyyətli proqram təminatı həlləri təqdim edirik. (səhiyyə, maliyyə və bank, telekom və sənayenin digər sahələri üçün). Təqdim etdiyimiz proqram həlləri şirkətinizin iş proseslərini optimallaşdırmaq və daha yüksək məhsuldarlıq əldə etmək məqsədini daşıyır.

Avtorizə olunmuş Servis Mərkəzi
Servis mərkəzində avadanlıqların həm zəmanət, həm də zəmanətdən sonrakı dövründə təmiri xidmətləri göstərilir. Hewlett Packard Enterprise, Hewlett Packard Incorporated, Acer, Lenovo, Eaton, APC by Schneider Electric, Tripplite, ARTronic şirkətlərinin rəsmi servis mərkəzi fəaliyyət göstərir. Mütəxəssislərimiz mütəmadi olaraq əməkdaşlıq etdikləri istehsalçılar tərəfindən təşkil edilən ixtisaslaşmış təlimlərə qatılaraq testlərdən keçir, sertifikatlar alırlar. Bu da təqdim etdiyimiz hər bir xidmətə professional yanaşmanın bir göstəricisidir. We are service providers of: Hewlett Packard Enterprise, Hewlett Packard Incorporated, Acer, Lenovo, Eaton, Apc by Schneider Electric, Tripplite, ARTronic.
Haqqımızda
Infinitech Azərbaycanın professional və ən etibarlı İT şirkətlərindən biri olaraq, dövlət və özəl qurumlara innovativ həllər təklif edir.
Sistem inteqrasiyası, şəbəkə həlləri, proqram təminatı sahəsində ixtisaslaşmış mütəxəssislərimiz, şirkətlərin İT infrastrukturunun dizaynı, quraşdırılması, inkişafı və texniki dəstəyi xidmətlərini göstərir.
Çoxillik təcrübəyə və uğurla həyata keçirilən çoxsaylı layihələrə arxalanaraq hər zaman ehtiyaclarınıza və büdcənizə uyğun ən yaxşı texnologiya və həlləri təqdim edirik və yerinə yetiririk. Hewlett Packards Enterprise, Hewlett Packard Incorporated, Aruba Networks, Microsoft, Acer, Lenovo, Fortinet və s. bu kimi qlobal İT istehsalçılarının rəsmi tərəfdaşı olaraq, təqdim etdiyimiz həll və xidmətlərimiz müştəri məmnuniyyəti və iş proseslərinin təkmilləşməsinə yönəldilmişdir.

Texnoloji Tərəfdaşlarımız













